Bizim Etika Siyasətimiz

Bizim Etika Siyasətimiz

AZCO EPC hesab edir ki, iş yerində uzun müddətli müvəffəqiyyət əldə etmək üçün biznes, davranış kodeksinə uyğun həyata keçirilməlidir.Bunu rəhbər tutaraq, AZCO öz fəaliyyət istiqamətini bu prinsipə uyğun formada tənzimləyir. Beləliklə, AZCO  ədalət,düzgünlük və inamı əsas korporativ dəyərləri kimi qəbul edərək, öz sektorunda fəaliyyət göstərən qabaqcıl şirkətlərdən biri olmuşdur. Yüksək səviyyəli etik standartların qəbulu nəticəsində, hər hansı bir ayrı-seçkilik və ya qeyri etik davranışlar ciddi sürətdə qəbul olunmazdır. Bu çərçivədə, bütün əməkdaşların etik standartlar və prinsipləri müəyyənləşdirən Davranış Razılaşması Kodeksinə əməl etmələri gözlənilir, həmçinin əməkdaşların iş göstəricilərinin dəyərləndirilməsi və karyera inkişafı prosesi zamanı monitorinq və audit mexanizmlərinin nəticələri nəzərə alınır. İşçilərdən başqa, AZCO həmçinin podratçıların, subpodratçıların və digər maraqlı tərəflərin də bu cür etik dəyərlərlə fəaliyyət göstərməyini gözləyir.

 

Özünün əsaslı etik dəyərlərini yaradan və Davranış Razılaşması Kodeksinin əsasını qoyan prinsiplər aşağıdakı kimidir:

Xahiş edirik burada AZCO tərəfindən qəbul olunan işdə etikanın olmasına yönələn əsas qanun və siyasətlərdən ibarət Davranış Razılaşması Kodeksi ilə tanış olun.

Davamlılıq

Davamlılıq

 

AZCO EPC ətraf mühitə cavabdehliyə uyğun olaraq fəaliyyət göstərir, həmçinin layihənin vura biləcəyi mümkün ziyanların qarşısını almaq üçün davamlı strategiyalar yerinə yetirir.

Öz korporativ mədəniyyəti, müntəzəm təkmilləşdirmə prinsiplərinə sadiqliyi və ekoloji məsuliyyəti anlama daxil olmaqla, AZCO öz sektorunda ekologiyanın dərk edilməsi  cavabdehliyi sahəsində ilk və aparıcı şirkət hesab olunur.

Korporativ və Sosial Cavabdehlik

Korporativ və Sosial Cavabdehlik

Korporativ və Sosial cavabdehlik AZCO-da ən yüksək üstünlük kimi başa düşülür. Müştərilər, əməkdaşlar, yerli ictimaiyyətlər və ətraf mühit üzrə olan öhdəlik AZCO üçün birinci yerdədir.Bu səbəbdən, AZCO etibarlı və cavabdeh şirkət və işəgötürən olmaq üçün bəzi xüsusi prinsipləri qəbul etmişdir. Bu prinsiplərə əsasən, AZCO öz əməkdaşlarının sağlamlıq və təhlükəsizliyinin qayğısına qalır, ətraf mühiti qoruyur, etik qaydada iş aparır, yerli iqtisadiyyatın inkişafına şərait imkan yaradır və insanların sosial rifahının yaxşılaşmasına yardım edir.

 

Yerli İctimaiyyətlərlə və Cəmiyyətlə Əməkdaşlıq

 

 

AZCO yalnız korporasiya kimi cavabdehlik daşımır, həmçinin cəmiyyətlərin üzvü kimi öz biznesini aparır. Bu səbəbdən, AZCO dəyərlərin qarşılıqlı mübadiləsi və xeyriyyə proqramları kimi sosial cavabdehlik fəaliyyətlərinə böyük əhəmiyyət verir. Yerli ictimaiyyətlər həmçinin AZCO- nun xeyriyyə, sponsorluq və ianə proqramları vasitəsilə yardımını qəbul edirlər. AZCO hesab edir ki, onun gördüyü işlər yalnız digərlərinə kömək etdikdə və digərləri ilə bölüşdükdə tam dəyərə malik olur. Müştərilərlə, cəmiyyətlərlə, podratçılarla, dövlət qurumları ilə və yerli təşkilatlarla yan-yana çalışmaq, AZCO - ya layihə gəlirləri və riskləri ətrafında ümumi məqsədləri yerinə yetirməyə kömək edir. Bu həmçinin AZCO - ya ictimaiyyətin əsas ehtiyacları ilə tanış olmaq prosesini yaxşılaşdırmaq üçün özünün sosial sərmayələrini və könüllülərin cəhdlərini uyğunlaşdırmağa imkan verir.

 

İdman növləri

 

 

AZCO həmçinin fəxrlə bəzi alpinizm təşkilatlarına, alpinistlərə həmçinin Azərbaycanda və İranda olan “Gəncdağçılar”, “AzərkuhTəbriz” kimi idman klublarına yardım edir. AZCO - nun özünün idman sevərlərdən ibarət heyəti vardır ki, onlar şirkətin tez-tez təşkil etdiyi müxtəlif alpinizm, üzgüçülük və velosiped yarışlarında iştirak edirlər. AZCO yaradıcısı və direktoru olan Cənab Reza Shakourinin müxtəlif idman növlərinə olan böyük maraq və hərarətli sevgisi səbəbindən, o hər zaman öz işçi heyətinə bu kimi korporativ tədbirlərdə yardım edir, onları motivasiya edir və bilvasitə onlara başçılıq edir.

Ətraf Mühit

 

 

AZCO EPC hesab edir ki, ətraf mühiti qorumaq və təbii sərvətləri saxlamaq layihənin həyata keçirildiyi zaman çox vacibdir. Bu səbəbdən, AZCO material tələbatlarını azaltmaq, zibilliyə atılan tullantılar, həmçinin su və enerji istifadəsi də daxil olmaqla layihələndirmədə, tikintidə və layihələrinin idarə olunmasında ətraf mühitə ziyan vurmayan dayanıqlı alternativlər yaradır. AZCO-nun fəaliyyət göstərdiyi bir çox şəhər və kənar yaşayış məntəqələrində, itkinin idarə edilməsi, tullantı və ətraf mühitin qorunması kimi insan həyatının sağlamlığını yaxşılaşdırmaq və yerli şərait üçün iqtisadi sabitliyi həyata keçirmək məqsədilə müxtəlif maraqlı tərəflərlə birgə çalışır

Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası

Əməyin Mühafizəsi və Təhlükəsizlik

 

Bizim məqsədimiz "Sıfır Bədbəxt Hadisə" təmin etməkdir və bütün əməkdaşlarımızın həyatı və təhlükəsizliyi bizim üçün ən vacib əhəmiyyət daşıyır.

 

Bizim bütün əməkdaşlarımızın sağlamlığı və təhlükəsizliyi bizim üçün dəyərlidir. Beləliklə, fəaliyyət göstərdiyimiz bütün sahələrdə, əməkdaşlarımızın sağlamlığı və təhlükəsizliyi barəsində proqramları inkişaf etdirir, genişləndirir, effektiv sürətdə yerinə yetirir və müntəzəm təkmilləşdirirk. Biz AZCO EPC-də gigiyena və əməyin təhlükəsizliyini davamlı etməyə və digər biznes prosesləri ilə korporativ mədəniyyətin ayrılmaz hissəsi etməyə tam qətiyyətliyik.

 

Bizim qətiyyətli və müntəzəm münasibətimiz, bizim səhiyyə tədbirləri və təhlükəsizliyin idarə olunmasının professional sistemi və onların nəticələrinin yumşalması və qabaqlayıcı tədbirlər bütün iş sahələrində əməkdaşlarımız üçün mümkün olan risklərə qarşı ən vacib zəmanətdir. Bizim bu məsələləri anlamamız və qətiyyətli addımlarımız, yüksək keyfiyyətli və müntəzəm təlimlərlə birgə bizim bütün əməkdaşlarımızı dünya standartlarında əməyin qorunması mədəniyyəti və sənaye təhlükəsizliyi yaratmağa istiqamətləndirir.