Kompensasiya və Güzəştlər

  • AZCO EPC-də kompensasiya sistemi əməkdaşların səriştələrinə, həmçinin şirkətin işinin məhsuldarlığına qoyduğu töhfə, işin çətinlik dərəcəsi və cavabdehlik səviyyəsinə əsaslanır.
  • Mütəxəssis və daha yüksək dərəcələrdə çalışan əməkdaşlar üçün, AZCO EPC HAY Qrupla məsləhətləşərək işin qiymətləndirilməsi və layihənin təsnifatını aparmışdır. Kompensasiya siyasəti illik olaraq təhlil etmə yolu ilə nəzərdən keçirilir.
  • Aylıq maaş əsasında işləyən əməkdaşların maaşlarının ödənməsi il ərzində bir dəfə nəzərdən keçirilir, saat hesabı işləyən əməkdaşların maaşlarının ödənməsi sahəsindən asılı olaraq ildə bir və ya iki dəfə nəzərdən keçirilir.

Qeyri-Kompensasiyalı Ödənişlər

Bonuslar: Bonus sistemi şirkətin müsbət göstəricisi olan dövrlər ərzində şəxsi göstərici əsasında yerinə yetirlir.

Mükafatlar: Mükafat sistemi AZCO EPC-də yerinə yetirilir ki, bu da şirkətlər qrupundan asılı olaraq dəyişir .