Layihə və Proqram İdarə edilməsi

Layihə və Proqram İdarə edilməsi üzrə Xidmətləri təqdim edir

AZCO-nun layihəni idarə etmə təcrübəsi hər bir işdə ön planda durur. Layihə rəhbəri kimi, AZCO layihələndirmə, təchizat, və tikinti (EPC) fəaliyyət funksiyalarını Müştərinin ümidini doğrultmaq üçün birləşdirir. AZCO şirkətinə müntəzəm olaraq yerli sənayedə ən yüksək layihə və proqram idarəetmə şirkətlərindən biri kimi baxılır. AZCO layihəni təhlükəsiz, vaxtında və büdcə daxilində təslim etmə qabiliyyətinə görə tanınır. Müştərilərin AZCO-nu seçmə səbəblərindən biri, bütün lazımı xidmətləri öz personalı ilə təmin etməsinə, beləliklə çoxsaylı məsləhətçilərə olan ehtiyacı aradan qaldırma qabiliyyətinin olmasına görədir. AZCO-nun tam ixtisaslaşmış işçi heyəti layihələndirmə, tikinti, istehsal, təchizat, layihəyə nəzarət, təhlükəsizlik, keyfiyyət və  texniki təmir üzrə xidmətlərini təklif edir.

Bütün AZCO layihələri şirkətin Əməliyyat Sisteminə olan Tələblər (ƏST), AZCO-nun keyfiyyət sənədinə uyğun olan ümumi tələblərə əsasən idarə olunur ki, bu da layihələrin uğurlu icra edilməsinə şərait yaradır.