Texniki Xidmət

İstismar və Texniki xidmət

Sazlama işləri və İstismara verilməyə Yardım

Təqdim olunan bu xidmət çərcivəsində, AZCO əməliyyatlar nöqteyi nəzərindən sizin sənaye və istismara verilmə tələbləriniz üzrə ətraflı təsəvvür əldə edəcəkdir. Buradan biz xüsusi əməliyyatınız üçün lazımı bacarıq və təcrübəsi olan Sazlama işləri və İstifadəyə verilməyə Yardım işçi heyəti ilə sizi təmin edəcəyik. Bu bir məslətətçidən bütöv heyətə kimi dəyişə bilər; nəzarətdən və heyətin idarə edilməsindən tutmuş, istifadəyə vermə üzrə yüksək ixtisaslı mütəxəssislərdən orta ixtisaslılara kimi sıralana bilər. Bizim işçi heyət sizin şəxsi heyətinizlə birgə istismar və sazlama işlərini təşkil edərək onlara nəzarət edəcəkdir. Bizim iş imkanımız sizin tələbatlarınızın ödənilməsinə uyğun olaraq başlaya və sona çata bilər.Sizin əməliyyatlar və mədəniyyətinizi ətraflı anlamaq bizə imkan verəcək ki, sizin işçi heyətiniz üçün müəyyən olunmuş vərdiş və insanlara uyğunluğumuzu təmin edək. Ümumi olaraq, bu variant aşağıdakıların bəzisini və yaxud hamısını əhatə edəcək:

 

  • Zavodun/prosesin analiz olunması və onunla tanışlıq;
  • Mümkün olarsa, Total heyət daxili prosesin hazırlığını tamamlayacaqdır (istehsal və/ yaxud proses);
  • Tamamlama və sona çatdırma əməliyyatlarına və texnoloji proses təlimatlarına yardım etmək;
  • Sazlamadan əvvəl, sazlama və istismara verilmə zamanı əməliyyatlarda funksional yardımda iştirak etmək;
  • Müştərinin tələblərinə əsasən sənədləşməyə yardım;
  • Çatışmamazlıq siyahısının nəzərdən keçirilməsi və aradan qaldırılması;
  • Nasazlıqlar və optimallaşdırma üçün cari məsləhətlərin verilməsi;
  • Anbarın təşkili, material qəbuluna Nəzarət, Yoxlama, Kodlaşdırma, sənədləşdirmə işlərinin icrası

 

AZCO neft və qaz, kimyəvi maddələr, neft kimya, metal, mədən, enerji və istehsalat müəssisələrinə istismar və texniki xidmət (İ və TX) təqdim edir. İ və TX xidmətlərinə zavodun texniki xidməti, qurğuların idarə edilməsi, əməliyyatlara yardım, əsas fondların yaxşılaşdırılması, əməliyyatların hazırlığı, istifadəyə verilmə, sazlama və həmçinin kiçik kapitallı layihə və tikintinin işlənib hazırlanması daxildir. İ və TX AZCO-nun əsas fondunun yaxşılaşdırılmasının (ƏFY) qiymətləndirməsi prosesi hesabına zavod və qurğu sahiblərinə ümumi əməliyyat xərclərini azaltmağa və zavod məhsuldarlığını yüksəltməyə kömək edir.

ƏFY zavodun əməliyyat effektivliyini müqayisə edir və məhsuldarlığa ödəniş kimi kommersiya yanaşması vasitəsilə pilləli dəyişilmə imkanlarının müəyyənləşməsinə yardım edir.