Korporativ və Sosial Cavabdehlik

E-poçt

info(at)azco.az

Ünvanımız

Yeni Hayat Plaza ,2nd floor,Zarifa Aliyeva str.55,Baku,AZ

Korporativ və Sosial cavabdehlik AZCO-da ən yüksək üstünlük kimi başa düşülür. Müştərilər, əməkdaşlar, yerli ictimaiyyətlər və ətraf mühit üzrə olan öhdəlik AZCO üçün birinci yerdədir.Bu səbəbdən, AZCO etibarlı və cavabdeh şirkət və işəgötürən olmaq üçün bəzi xüsusi prinsipləri qəbul etmişdir. Bu prinsiplərə əsasən, AZCO öz əməkdaşlarının sağlamlıq və təhlükəsizliyinin qayğısına qalır, ətraf mühiti qoruyur, etik qaydada iş aparır, yerli iqtisadiyyatın inkişafına şərait imkan yaradır və insanların sosial rifahının yaxşılaşmasına yardım edir.

Yerli İctimaiyyətlərlə və Cəmiyyətlə Əməkdaşlıq

AZCO yalnız korporasiya kimi cavabdehlik daşımır, həmçinin cəmiyyətlərin üzvü kimi öz biznesini aparır. Bu səbəbdən, AZCO dəyərlərin qarşılıqlı mübadiləsi və xeyriyyə proqramları kimi sosial cavabdehlik fəaliyyətlərinə böyük əhəmiyyət verir. Yerli ictimaiyyətlər həmçinin AZCO- nun xeyriyyə, sponsorluq və ianə proqramları vasitəsilə yardımını qəbul edirlər. AZCO hesab edir ki, onun gördüyü işlər yalnız digərlərinə kömək etdikdə və digərləri ilə bölüşdükdə tam dəyərə malik olur. Müştərilərlə, cəmiyyətlərlə, podratçılarla, dövlət qurumları ilə və yerli təşkilatlarla yan-yana çalışmaq, AZCO – ya layihə gəlirləri və riskləri ətrafında ümumi məqsədləri yerinə yetirməyə kömək edir. Bu həmçinin AZCO – ya ictimaiyyətin əsas ehtiyacları ilə tanış olmaq prosesini yaxşılaşdırmaq üçün özünün sosial sərmayələrini və könüllülərin cəhdlərini uyğunlaşdırmağa imkan verir.

İdman növləri

AZCO həmçinin fəxrlə bəzi alpinizm təşkilatlarına, alpinistlərə həmçinin Azərbaycanda və İranda olan “Gəncdağçılar”, “AzərkuhTəbriz” kimi idman klublarına yardım edir. AZCO – nun özünün idman sevərlərdən ibarət heyəti vardır ki, onlar şirkətin tez-tez təşkil etdiyi müxtəlif alpinizm, üzgüçülük və velosiped yarışlarında iştirak edirlər. 

Ətraf Mühit

AZCO EPC hesab edir ki, ətraf mühiti qorumaq və təbii sərvətləri saxlamaq layihənin həyata keçirildiyi zaman çox vacibdir. Bu səbəbdən, AZCO material tələbatlarını azaltmaq, zibilliyə atılan tullantılar, həmçinin su və enerji istifadəsi də daxil olmaqla layihələndirmədə, tikintidə və layihələrinin idarə olunmasında ətraf mühitə ziyan vurmayan dayanıqlı alternativlər yaradır. AZCO-nun fəaliyyət göstərdiyi bir çox şəhər və kənar yaşayış məntəqələrində, itkinin idarə edilməsi, tullantı və ətraf mühitin qorunması kimi insan həyatının sağlamlığını yaxşılaşdırmaq və yerli şərait üçün iqtisadi sabitliyi həyata keçirmək məqsədilə müxtəlif maraqlı tərəflərlə birgə çalışır