Şirkətimiz Haqqında

Müəllif: Website Support Baxış sayı: 807

           Şirkətimiz haqqında qısa məlumat

“AZCO Engineering-Procurement&Construction” Co şirkəti ən yaxşı inkişaf etmiş yerli EPC şirkətlərindən biridir.  Şirkətimizin baş ofisi Bakı, Azərbaycanda , filialları isə İsveç və İranda yerləşir.

AZCO Sənaye Layihələrinə sərmayə qoyan və inkişaf edən şirkətləri peşəkar texniki xidmətlərlə təmin edir.

Şirkətimiz Neft və Qaz, Dağ-Mədən, Sənaye və İnfrastruktur sektorlarında Mühəndislik, Təchizat Xidmətləri, Tikintinin İdarə edilməsi, İstehsalat və Tikinti, Sazlama işləri və İstismara verilmə zamanı Yardım, Texniki Təmir və İnsan Resursları Xidmətləri kimi ixtisaslaşdırılmış xidmət çeşidlərini təklif edir.

Həmçinin, biz Azərbaycanda Skandinaviya Ticarət Palatasının (ASTP) üzvüyük.

 

Keyfiyyət Siyasəti

AZCO EPC şirkətinin siyasəti ISO 9001 (son Nəşr) tələblərinə uyğun fəaliyyət göstərməkdir. Bizim məqsədimiz müştərilərin gözləntilərinə və ehtiyaclarına uyğun gələn digər standart və normativ tələblərin rəsmi tanınmasına nail olmaqdır.

AZCO EPC bütün göstərilən xidmətlərin müştərinin müəyyənləşdirdiyi tələblərə cavab verməsini və daha üstün olmasını təmin etməklə, müştərinin məmnunluğunu əldə etməklə, müntəzəm şəkildə təkmilləşmə yolu ilə keyfiyyətə can atır və beləliklə, bu keyfiyyətlər sayəsində AZCO EPC şirkəti regional əməliyyat bazarında liderə çevrilmişdir.

 

AZCO-nun Öhdəlikləri:

ştəri məmnunluğuna nail olmaq;

Zelous sistemin inkişafı və əməkdaşların təlimi;

Proses və xidmətlərin müntəzəm inkişafı;

Resursların optimallaşdırılması və itkinin azaldılması;

Bu öhdəlikləri yerinə yetirmək üçün, AZCO EPC müvafiq olaraq aşağıdakı işləri görməyə səy göstərir;

Bu bəyan edilən prinsiplər və istinad olunan Keyfiyyət İdarəetmə Sisteminə onların effektivliyinin təmin olunmasında cavabdehlik daşıyan Rəhbərlik tərəfindən tam dəstək göstərilir.